Ançelottidən təkzib: “2029 cu ilədək “Real”da qalmağa ümid edirəm” İdman və Biz

21.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Real”ın baş məşqçisi Karlo Ançelottinin klubdakı gələcəyi ilə bağlı planları bəlli olub.

İdman.biz xəbər verir ki, bunu italiyalı mütəxəssisin özü açıqlayıb.

O, mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı şayiələri təkzib edib: “Qətiyyən “Real”ı tərk etmək niyyətim yoxdur. Florentino Pereslə birlikdə 2029-cu ilədək qalmağa ümid edirəm. Dörd il sonra onunla birgə getmək yaxşı olardı. Klubla möhtəşəm vida da təşkil edərdik”.

Qeyd edək ki, 2021-ci ildə “Real”a qayıdan Ançelottinin müqaviləsi 2026-cı ilin yayında başa çatmalıdır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью