Ançelottidən uğursuz start, Argentina liderliyi təmin etdi

06.06.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

DÇ-2026 seçmə mərhələsinin Cənibi Amerika zonasında 15-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, ötən gecə üç qarşılaşma olub.

Yeni baş məşqçi Karlo Ançelottinin rəhbərliyi ilə ilk matçına çıxan Braziliya millisi Ekvadorla qarşılaşıb. Oyunda qol vurulmayıb.

Artıq dünya çempionatına vəsiqəni təmin etmiş Argentina millisi isə Çiliyə qalib gəlib - 1:0. Argentina millisi seçmə mərhələnin sonuna üç tur qalmış Cənubi Amerika zonasında 1-ci yeri də təmin edib.

Ekvador - Braziliya - 0:0

Çili - Argentina - 0:1

Qol: Alvarez, 16

Paraqvay - Uruqvay - 2:0

Qollar: Qalarza, 13, Enkiso, 82

Lider Argentinanın 34 xalı var. Ekvador 2-ci, Paraqvay 3-cü (hər ikisi 24 xal), Braziliya (22 xal) 4-cü pillədədir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью