Ançelottidən Vinisiusa göndərmə: Modriçin dediklərini həmişə etmək lazımdır

06.02.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real"ın baş məşqçisi Karlo Ançelotti Luka Modriç və Vinisius Junior arasında yaşanan qalmaqala münasibət bildirib.

İdman.biz xəbər verir ki, italiyalı mütəxəssis xorvatiyalı futbolçunun tərəfini saxlayıb.

İspaniyanın AS nəşrinə açıqlamasında Ançelotti belə deyib: "Modriçin nə dediyini bilmirəm. Amma Lukanın dediklərini həmişə etmək lazımdır".

Qeyd edək ki, Kral kubokunun 1/4 finalında "Leqanes"lə görüşdə Vinisius künc zərbəsi zamanı komandaya kömək etmədiyinə görə, Modriçin qəzəbinə tuş gəlib. Meydan onlar arasında anlaşılmazlıq yaşanıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью