Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Ançelottinin bütün sirlərini bilirəm"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Mərakeş milli komandasının baş məşqçisi Məhəmməd Uahbi 2026-cı il dünya çempionatında Braziliya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, "ESPN" nəşrinə danışan Uahbi rəqib komandanın baş məşqçisi Karlo Ançelotti ilə bağlı iddialı ifadələr işlədib:
"Mən onun bütün kitablarını oxumuşam. Bəlkə də mənim müəyyən bir üstünlüyüm olacaq, çünki onun bütün sirlərini bilirəm. Rəqibi yaxşı analiz etmişik və komandada müsbət ab-hava hiss olunur. Hamı əla formadadır və oynamağa hazırdır".
Xatırladaq ki, qarşılaşma iyunun 14-də Bakı vaxtı ilə saat 02:00-da İst-Raterfordda (ABŞ) baş tutacaq.