Ançelottinin çalışdırdığı 5 ən yaxşı futbolçu

20.01.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Real"ın baş məşqçisi Karlo Ançelotti indiyə qədər çalışdırdığı yaxşı futbolçuların adlarını açıqlayıb.

QOL.az "Give me Sport"a istinadən xəbər verir ki, mütəxəssis 5 oyunçunu fərqləndirib: 

"Baş məşqçilik etdiyim ən yaxşı futbolçular Ronaldo Nazario, Kriştiano Ronaldo, Zlatan İbrahimoviç, Kərim Benzema və Vinisius Juniordur".

Qeyd edək ki, Ançelotti 2021-ci ilin iyul ayından "Real"ın baş məşqçisidir. O, daha əvvəl 2013-2015-ci illərdə bu komandaya rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью