Ançelottinin köməkçilərindən biri məlumdur

13.05.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelottinin köməkçilərindən biri artıq məlumdur.

QOL.az AS-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis uzun illərdir köməkçisi olan oğlu Davide Ançelotti ilə çalışacaq.

Hazırda “Real”da atasının köməkçisi kimi çalışan Davide Ançelotti komandanın məşq prosesi və taktiki hazırlığında əsas fiqurlardan biridir.

Qeyd edək ki, Ançelotti yeni işinə mayın 26-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью