Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Fransanın "Lill" klubu baş məşqçi postuna yeni təyinatı rəsmən açıqlayıb. Komandanın sükanı David Ançelottiyə tapşırılıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı italiyalı mütəxəssis Fransa təmsilçisi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan 2 illik müqavilə imzalayıb. O, yeni mövsümdən etibarən komandanın başında Bruno Genesionu əvəz edəcək.
Qeyd edək ki, Davide Ançelotti son iş yeri 2025-ci ilin iyulundan 2025-ci ilin dekabra qədər çalışdığı "Botafoqo"da olub.