Ançelottinin Real da hələ belə zəif nəticəsi olmamışdı

09.02.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

“Real” La Liqanın 23-cü turunda Madrid derbisində “Atletiko” ilə "sülh bağlayıb". 

Fanat.Az xəbər verir 1:1 hesabı ilə heç-heçə başa çatan görüşdən sonra "Kral klubu"nun hesabında 50 xal var. 

"Opta"nın hesablamasına görə, 23 turdan sonra yenə də zirvədə qərarlaşmasına baxmayaraq, bu, Karlo Ançelottinin İspaniya nəhəngində keçirdiyi bütün dövr ərzində mövsümün bu mərhələsində ən aşağı xal sayıdır.

"Real" onun rəhbərliyi dövründə 2013/14 və 2014/15 mövsümlərində 57, 2021/22-də 53, 2022/23-də 52, 2023/24-də isə 58 xal toplayıb.

Xatırladaq ki, italiyalı mütəxəssis "Real"a ikinci dəfədir rəhbərlik edir. O, 2013-2015-ci illərdə çalışdırdığı komandada hazırda 2021-ci ildən iş başındarır.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью