Ançelottinin ümid yeri

25.04.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Real”ın baş məşqçisi Karlo Ançelotti sol cinah müdafiəçisi Ferland Mendinin ən qısa zamanda meydançaya qayıdacağına ümid edir.

Futbolpress.az xəbər verir ki, fransalı futbolçu Çempionlar Liqasında “Atletiko”ya  qarşı cavab oyununda zədələnib və o vaxtdan meydançaya çıxa bilməyib. “Marca”nın məlumatına görə, Ançelotti ümid edir ki, Mendinin “Barselona” ilə Kral Kuboku finalından əvvəl sağalmaq üçün vaxtı var. İtaliyalı çalışdırıcı bildirib ki, forvard sağ cinahda çıxış edən Lamine Yamalı dayandırmağa qadirdir.

“El Klasiko” 26 aprel Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью