Ançelottinin yeni klubu bilindi Keçmiş iş yerinə qayıda bilər

26.02.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda keçmiş klubuna qayıda bilər.

Metbuat.az xəbər verir ki, “Milan” klubu Ançelottini transfer etmək üçün hərəkətə keçib. Məlumata görə, Ançelottinin “Real”la müqaviləsi mövsümün sonunda yekunlaşsa da, tərəflər yeni müqavilə barədə razılığa gələ bilməyiblər. “Confidencial”ın məlumatına görə, “Milan” rəhbərliyi mövsümün sonunda “Real”dan ayrılacağı təqdirdə Ançelottini kluba gətirmək istəyir.

Qeyd edək ki, Karlo Ançelotti "Milan"da həm futbolçu, həm də məşqçilik karyerasında böyük uğurlar qazanıb. 1999-2009-cu illərdə "Milan"ı çalışdıran təcrübəli məşqçi kluba bir çox kuboklar, o cümlədən iki Çempionlar Liqası titulu qazandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью