Ançelottinin yerini kim tutacaq?

18.11.2024

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Karlo Ançelottinin mövsümün sonunda “Real”dan ayrılmaq ehtimalı qalır.

Artıq onun potensial xələfinin kimliyi böyük ölçüdə məlumdu. İnsayder Florian Plettenberqin məlumatına görə, “Bayer-04”ün baş məşqçisi Xabi Alonso “Real”a yollanmağa yaxındı. 42 yaşlı ispaniyalı mütəxəssisin 2025-ci ilin yayında Madrid klubunun baş məşqçisi Ançelottini əvəzləyəcəyi bildirilir. Bu keçid reallaşdığı halda, “Bayer-04”ün futbolçusu Florian Virts də İspaniya nəhənginə transfer oluna bilər.
Yeri gəlmişkən, Alonsonun Almaniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. O, hazırkı iş yerini vaxtından əvvəl tərk edəcəyi halda kluba təzminat ödəməli olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью