Ançelottiyə Qızıl skamya

25.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Karlo Ançelotti xüsusi "Qızıl skamya" mükafatına layiq görülüb.

İdman.biz xəbər verir ki, "Real Madrid"i çalışdıran italiyalı Koverçianodakı məşqçilər məktəbində keçirilən tədbirdə karyerasındakı uğurlarına görə mükafatlandırılıb.

İtaliyada "Parma", "Yuventus", "Milan" və "Napoli" kimi komandaları çalışdırmış Ançelotti təltifə görə təşəkkürünü bildirib: “Həmkarlarım tərəfindən mükafata layiq görülmək mənim üçün böyük şərəf və qürurvericidir. Florensiyada gözəl bir gün, hamınıza təşəkkür edirəm".

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью