Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Belçikanın “Anderlext” futbol klubu “Gil Visente”nin 24 yaşlı hücumameylli yarımmüdafiəçisi Santyaqo Qarsianın transferi ilə bağlı razılığa gəlib.
İdman.Biz “VoetbalPrimeur”a istinadən xəbər verir ki, danışıqlar müsbət istiqamətdə davam edir və Belçika klubu transferi mümkün qədər tez yekunlaşdırmaq istəyir.
Portuqaliya təmsilçisinin Qarsia üçün 12 milyon avro (təxminən 23,8 milyon manat) tələb etdiyi bildirilir. Bu keçid “Anderlext” tarixinin ən bahalı transferlərindən biri ola bilər.
Qeyd edək ki, Qarsia ötən mövsüm “Gil Visente”nin heyətində 6 qol və 3 məhsuldar ötürmə edib. İspaniyalı futbolçunun oyun üslubu PSJ-nin yarımmüdafiəçisi Fabian Ruizlə müqayisə olunur.