Anderlext baş məşqçini istefaya göndərdi

02.02.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Anderlext" baş məşqçini istefaya göndərdi

"Anderlext" baş məşqçisi Bisnik Hasini istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçika təmsilçisi uğursuz nəticələr səsəbindən 54 yaşlı mütəxəssislə yolları ayırıb. Komanda müvəqqəti olaraq Edvard Stillə tapşırılıb.

Xatırladaq ki, Hasi ötən ilin mart ayından "Anderlext"i çalışdırırdı. Komanda həmin vaxtdan bəri 43 oyun keçirib ki, bunlardan 18-i qələbə, 9-u heç-heçə və 16-sı məğlubiyyətlə nəticələnib.

Belçika çempionatının 23 turundan sonra "Anderlext" sıralamada 13 xalla 4-cüdür. Konfrans Liqasında isə "Anderlext" pley-offda (şərti olaraq 4-cü təsnifat mərhələsi) Yunanıstan AEK-inə yenilərək (1:1, 0:2) mübarizəni dayandırmışdı.

Hasi məşqçilik karyerasında daha əvvəl də "Anderlext"də işləyib. O, 2014-cü ildən 2016-cı ilə qədər bu komandaya rəhbərlik edib və həmçinin 5 il köməkçi məşqçi kimi çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью