Anderlext türk futbolçu üçün Qalatasaray la danışıqlara başladı

19.03.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Qalatasaray" futbolçularından biri ilə yollarını ayıracaq.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” Ahmed Kutucuyu komandada saxlamağı planlaşdırmır.

Özünü sübut edə bilmədiyi üçün “Qalatasaray” onu icarəyə göndərəcək. “Anderlext” Kutucunu növbəti mövsüm icarəyə götürmək üçün hazırda Türkiyə nəhəngi ilə danışıqlar aparır.

26 yaşlı futbolçunun “Qalatasaray”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Kutucu “Şalke”, “Herakles”, “Sandhauzen”, “Başakşehir” və “Eyüpspor”da da oynayıb.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью