Anderlext Zaltsburq oyunu azərbaycanlı hakimə tapşırıldı

03.11.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

"AzPolitika" xəbər verir ki, 35 yaşlı hakim Belçikada yerli "Anderlext" və Avstriyanın "Zaltsburq" komandaları arasında keçiriləcək Liqa mərhələsinin IV turunun matçını idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.

Xatırladaq ki, noyabrın 5-də keçiriləcək "Anderlext" - "Zaltsburq" oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью