Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Anderlext”in yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Belçika təmsilçisi komandanı portuqaliyalı mütəxəssis Vitor Brunoya tapşırıb.
43 yaşlı məşqçi ilə imzalanan müqavilənin müddəti barədə rəsmi açıqlama verilməyib.
Vitor Bruno baş məşqçi kimi son olaraq “Portu”da çalışıb. O, 2024-cü ilin yayında komandanın sükanı arxasına keçsə də, 2025-ci ilin yanvarında vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Vitor Bruno məşqçilik karyerasının böyük hissəsində Serxio Konseysaonun köməkçisi olub. O, “Portu”, “Nant”, “Vitoriya Gimaraeş”, “Braqa”, “Olhanense” və digər klublarda köməkçi məşqçi kimi fəaliyyət göstərib.
"Fənərbaxça"ya isveçli müdafiəçi: Danışıqlar başlayır Ronaldo üçün rekordlar günü: DÇ-nın dubl edən ən yaşlısı 41 yaşında yeni rekord - Ronaldo Portuqaliya tarixində birinci Sinqodan yaxşı xəbər: Zədəsi ciddi deyil Ronaldo tarix yazdı - 6 fərqli dünya çempionatında qol