Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerika Birləşmiş Ştatlarının Prezidenti yalnız gücə və qüdrətə hörmət edir...
...Danimarkanın keçmiş Baş naziri və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Avropa İttifaqını ABŞ-ın hərəkətlərinə sərt iqtisadi cavab verməyə hazır olmağa çağırıb.
SİA-nın məlumatına görə, o, bunu Reuters agentliyinə verdiyi müsahibədə bildirib.
Russenin sözlərinə görə, əgər ABŞ Qrenlandiyaya qoşun göndərən ölkələrə tariflər tətbiq edərsə, Aİ buna güclü iqtisadi zərbə ilə cavab verməlidir.
...Yaltaqlıq vaxtı bitdi. Bu işə yaramır. Fakt budur ki, Tramp yalnız gücə və qüdrətə hörmət edir. Və birliyə.
Avropanın indi nümayiş etdirməli olduğu şey də məhz budur, - deyə o vurğulayıb.
Rasmussen hesab edir ki, Donald Trampın Qrenlandiyanın ABŞ-a qoşulması ilə bağlı israrı 1949-cu ildə Alyansın qurulmasından bəri NATO üçün ən böyük çətinlikdir.