Andorra Azərbaycan oyunu: Millimiz hesabı açdı Canlı

16.11.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisi Andorra ilə yoldaşlıq görüşündə hesabı açıb.

Moderator.az xəbər verir ki, qarşılaşmada yığmamız ilk qolu vuraraq hesabda önə keçib.

22:00

Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyununa başlayıb.

Moderator.az xəbər verir ki, qarşılaşma Andorranın Enkamp şəhərində yerləşən "Nou Estadi de la FAF" stadionunda keçirilir.

09:00

Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununa çıxacaq.

Moderator.az xəbər verir ki, yığmamız səfərdə Andorra millisi ilə qarşılaşacaq.

Oyun Andorranın Enkamp şəhərində yerləşən "Nou Estadi de la FAF" stadionunda keçiriləcək.

Qeyd edək ki, bu, milli komandanın 2026-cı ildə son oyunu olacaq. Yığmanın kapitanı Emin Mahmudov bu görüşdən sonra Azərbaycan millisindəki karyerasını başa vuracaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью