futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Eskaldes” klubu Konfrans Liqasında əsas mərhələyə yüksəlib.
Futbolpress.az xəbər verir ki, bu, Andorra futbolu tarixində ilkdir. Ölkə ilk dəfə avrokuboklarda əsas mərhələdə təmsil olunacaq.
“Eskaldes” Konfrans Liqasının pley-off mərhələsində Kosovo təmsilçisi “Drita”nı üstələyib. Hər iki oyunda əsas vaxta heç-heçə qeydə alınıb. Cavab görüşünün penaltilər seriyasında dəqiq oynayan andorralılar adını əsas mərhələyə yazdırıb.