futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan millisi bu gün Andorra ilə yoldaşlıq oyunu keçirəcək. Matça saat 22:00-da start veriləcək.
Komandalar bunadək dörd dəfə üz-üzə gəlib.
Tərəflər arasındakı ilk duel 1998-ci ilə təsadüf edib. Tallində keçirilən görüş qolsuz başa çatıb. Komandaların növbəti duelində də eyni hesab qeydə alınıb.
Milli Andorra üzərində yeganə qələbəsini 2009-cu ildə səfərdə qazanıb. La Vella şəhərində keçirilən qarşılaşmada yığmamız 2:1 hesablı qələbə qazanıb. Millinin qollarını Fabio Luis Ramim və Branimir Subaşiç vurub.
Andorraya qarşı dördüncü duel isə 2016-cı ildə olub. 10 il əvvəl baş tutan matçda növbəti qolsuz bərabərlik qeydə alınıb.
Andorra və Azərbaycan duellərində ümumi 4 oyunda 1 dəfə Azərbaycan qələbə qazanıb və qalan dörd görüş 0:0 hesabıyla bitib.
Şahin Cəfərov