Andrade Azərbaycan çempionatlarında 100 cü oyununa çıxıb

07.04.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Apasport.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XXIX tura təsadüf edib.

25 yaşlı kabo-verdeli “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.

Andrade Premyer Liqada 2021/22 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.

Qeyd edək ki, “Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.

Qurban Qurbanov: “Açıqlama veriləsi sual deyil” Rəşad Sadıqov: “Bu gün buradan məğlub hissi ilə ayrılmıram” “Qarabağ”dan minimalhesablı qələbə - YENİLƏNİB Azər Bağırov: "Futbolçularımın üzərində böyük təzyiq var" Berezutski: "Neftçi" ilə oyunda Elvin Camalov çox qeyri-peşəkar davranış sərgilədi"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью