futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ”dan “Polissya”ya keçən Leandro Andrade Ukrayna mətbuatına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, cinah oyunçusu Rusiya ilə müharibə vəziyyətində olan ölkəyə keçidini belə şərh edib:
“Əslində, bir az narahat idim, ancaq mən mübariz adamam. Ölkədəki vəziyyətlə bağlı maraqlandım, araşdırma apardım. Düzdür, ailəmdə də narahatlıq var idi və hansı risklərin olduğunu bilirdik. Lakin vəziyyəti təhlil etdikdən sonra onlara izah verdim. Ukrayna çempionatı güclüdür və burda oynamaq istəyirdim. Yaxınlarım sona qədər qərarıma dəstək oldu. Ukraynalılar cəsurdur, mən də onlar kimi olmaq istədim”.
Andrade bu yay 3 milyon avro qarşılığında “Qarabağ”dan “Polessye”yə keçib.