Icma.az, Fanat saytına istinadən bildirir.
Ukrayna çempionatında ikinci turun matçları keçirilib.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın sabiq oyunçusu Leandro Andradenin də şərəfini qoruduğu “Polesye” öz meydanında “Xarkov”u qonaq edib.
Görüş “Polesye”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Andrade 90 dəqiqə meydanda olub. O, 30-cu dəqiqədə sarı vərəqə ilə cəzalansa da, matçın 61-ci dəqiqəsində məhsuldar ötürməyə imza atıb. Çobotenko Leandronun ötürməsini tora qovuşduraraq komandasının ikinci qolunu vurub.
2 turdan sonra maksimum nəticə göstərən “yaşıl-sarılar” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Əlisahib İbrahimli