Andradedən unikal nailiyyət Cari mövsümdə ilk dəfə

14.04.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasında mövsümün 3-cü het-triki qeydə alınıb.

Apasport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Leandro Andrade XXX turun “Səbail”lə görüşündə 3 qola imza atıb.

Portuqaliyalı yarımmüdafiəçiyə qədər yalnız Davit Volkov het-trik müəllifi olub. “Zirə”nin hücumçusu I turda “Səbail”, XV turda “Sumqayıt”ın qapısına 3 dəfə yol tapıb. Maraqlıdır ki, het-trik qeydə alınan hər üç qarşılaşma 4:1 hesabı ilə başa çatıb.

Volkovun 3 qol vurduğu matçlar ev oyunları olub və 2024-cü ilə təsadüf edib. Andrade cari mövsümdə səfərdə het-trik edən ilk oyunçudur. O, həm də 2025-ci ildə bunu bacaran ilk futbolçu olub.

“Zirə”dən “Neftçi Arena”da əzmkar qələbə - YENİLƏNİB Azər Bağırov: “Mənə elə gəlir ki…” Elmar Baxşıyev: “Hər şey özümüzdən asılıdır” Tovuzda qolsuz sülh - YENİLƏNİB Ramin Quliyev: "Neftçi" və "Sabah" arasında mübarizə amansız olacaq"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью