Andre Onana Trabzonspor la müqavilə imzalamaq üçün Türkiyəyə yollanıb

11.09.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mançester Yunayted" klubuna məxsus olan Andre Onana karyerasını "Trabzonspor"da davam etdirəcək.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Onana "Trabzonspor"la müqavilə imzalamaq üçün Türkiyəyə yollanıb.

Futbolçu Türkiyə klubunda icarə əsasında çıxış edəcək.

"Trabzonspor" rəsmiləri qolkiperin performansından razı qalacaqları təqdirdə birdəfəlik transfer etmə hüququna da sahibdirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью