Andre Silva Portu da

12.06.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Andre Silva "Portu"da

Portuqaliyanın "Portu" klubu Andre Silvanı transfer edib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu komandaya azad agent kimi keçib.

Onun müqaviləsinin müddəti barədə məlumat verilmir.

Son olaraq "Elçe"də oynayan hücumçu La Liqada 31 matçda meydanda olub və 10 qol vurub.

Qeyd edək ki, A.Silva "Portu"nun yetirməsidir. O, bu komandada 58 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib. Portuqaliya millisinin sabiq üzvü "Milan", "Sevilya", "Ayntraxt" və "Leyptsiq"də də oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью