Andrea Pirlo A Seriyasının yüksələn komandanın baş məşqçisi olacaq

03.06.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyalı mütəxəssis Andrea Pirlo "Piza"nın yeni baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, tərəflər artıq şərtlərlə bağlı razılığa gəliblər. Pirlo "Palermo"ya rəhbərlik etmək niyyətində olan Filippo İnzaqini əvəz edəcək.

"Piza" başa çatan mövsümün yekunlarına əsasən 1991-ci ildən sonra ilk dəfə A seriyasına yüksəlib.

Qeyd edək ki, Pirlonun son iş yeri 2023-2024-cü illərdə çalışdırdığı "Sampdoriya" olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью