Andrea Pirlo İtaliyanın baş məşqçisi postuna namizəddir

14.07.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın əfsanəvi sabiq futbolçusu Andrea Pirlo İtaliya millisinin baş məşqçi postuna namizədlərdən birinə çevrilib.

İdman.Biz bildirir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, İtaliya Futbol Federasiyası (FIGC) başa düşür ki, “Mançester Siti”nin keçmiş baş məşqçisi Pep Qvardiolanı dəvət etmək çətin məsələdir, Pirlo alternativ variantdır. Antonio Konte və Roberto Mançini də nəzərdən keçirilir.

İtaliya yığması 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında Bosniya və Herseqovina komandasına uduzmuşdu (1:1, 1:4). Milli komandanın baş məşqçisi Cennaro Qattuzo daha sonta istefaya göndərildi.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью