Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya futbolunun tanınmış simalarından Andrey Arşavinlə bir araya gəlib.
İdman.Biz xəbər verir ki, qolkiper Bakıda baş tutan görüşdən fotoları sosial şəbəkə hesabında paylaşıb.
İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Sabah”la “Barselona” arasında keçiriləcək qarşılaşmanı tribunadan izləmək üçün Azərbaycana gəlib.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 21:45-də başlayacaq.