Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Andrey Arşavin Bakıya gəlib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Rusiya millisinin və İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Andrey Arşavin Bakıya gəlib.
QOL.az-ın məlumatına görə, onun Azərbaycana səfərinin məqsədi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda noyabrın 25-də keçiriləcək “Sabah” - “Barselona” qarşılaşmasını stadiondan canlı izləməkdir.
Arşavin Bakı səfəri çərçivəsində bu gün “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə görüşüb. Azərbaycan millisinin qapıçısı bununla bağlı sosial şəbəkə hesabında birgə fotolarını paylaşıb.