Andrey Arşavin “Sabah”ın sabiq baş məşqçisini təriflədi

10.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Sankt-Peterburq “Zenit”inin və Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin “Krasnodar”ın baş məşqçisi Murad Musayevi iyul və avqust aylarının yekunlarına görə Rusiya Premyer Liqasının (RPL) ən yaxşı məşqçisi adlandırıb.

İdman.Biz xəbər verir ki, Rusiyalı mütəxəssis RPL-dən mükafatı alıb, Arşavin isə ekspert qismində səsvermədə iştirak edib.

“Krasnodar” birinci yerdə gedir, itkilərə baxmayaraq yaxşı futbol nümayiş etdirir”, – deyə Arşavinin sözləri RPL-in rəsmi saytında dərc olunub.

Bakının “Sabah” futbol komandasının sabiq baş məşqçisi Murad Musayevin rəhbərliyi altında “Krasnodar” iyul və avqust ayları ərzində RPL-in ilk altı turunun hamısında qələbə qazanıb. 7-ci turda (sentyabrın 5-də) ilk dəfə xal itirərək “Krylya Sovetov”la heç-heçə oynayıblar (2:2).

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью