Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Çexiyanın Baş naziri yenidən Narazı Vətəndaşlar Hərəkatının sədri seçilib
Çexiyanın Baş naziri Andrey Babiş hakim mərkəz-sağ siyasi hərəkat olan ANO (Narazı Vətəndaşlar Hərəkatı) sədri vəzifəsini qoruyub saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə TK xəbər agentliyi məlumat yayıb.
Babişin qurultayda rəqibi olmayıb və səslərin təxminən 94 faizini alıb. Onun lehinə 196 nümayəndə, əleyhinə 2 nəfər, bitərəf isə 11 nəfər səs verib.
Babiş 2012-ci ildə hərəkatın təsis edildiyi vaxtdan bəri ANO-ya davamlı olaraq rəhbərlik edir.