Andrey Babişdən Putinə dolayı DƏSTƏK

21.09.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çexiyanın Baş naziri Andrey Babiş Avropa siyasətçilərini Ukraynadakı münaqişəyə son qoya bilmədiklərinə və daim böyük müharibədən danışdıqlarına görə sərt tənqid edib.

“Cebheinfo.az”-ın məlumatına görə, Baş nazir bu barədə xalqa videomüraciətində danışıb.

Bibiş Ukrayna münaqişəsinə son qoymaq üçün mübarizə aparacağını bəyan edib.

Çexiyanın höumət başçısı bildirib ki, hər kəs yalnız müharibədən danışır və Avropa sülh danışıqları aparmaq istəmir.

O qeyd edib ki, silahlanma və ən pisinə hazırlaşmaq mütləq vacib olsa da Avropada hələ sülh təşəbbüsləri yoxdur.

Baş nazir bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara rəhbərlik edir və Avropa da öz növbəsində münaqişənin sülh yolu ilə həllində iştirak etməlidir.

Babiş əlavə edib ki, Çexiya müdafiə xərclərini artırmaq üçün NATO öhdəliklərini yerinə yetirəcək.

O, həmçinin zorakılığı rədd edən və əməkdaşlığa çağıran fizik Albert Eynşteynin sözlərini sitat gətirib və hər kəsə uzunmüddətli sülhün yalnız xalqlar arasında həqiqi anlaşma yolu ilə mümkün olduğunu xatırladıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью