Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
COP29-un nəticələri Azərbaycanın həm daxili, həm də beynəlxalq səviyyədə iqlim məqsədlərinə nail olmağa hazır olmasının ən yaxşı sübutudur.
Bunu “Report”a açıqlamasında İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP Bürosunun üzvü Andrey Boiç (Andrej Bojic) deyib.
Onun sözlərinə görə, Bakıda əldə edilən irəliləyiş karbon bazarları sahəsində tarixi nailiyyətdir.