Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Real Madrid"in ukraynalı qapıçısı Andrey Lunin karyerasını İtaliya klubunda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Defensa Central" yayıb.
Məlumata görə, onun xidmətində "İnter" maraqlıdır. Mənbə Milan klubunun nümayəndələrinin Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçirilən "Olimpiakos" - "Real" matçını (3:4) stadiondan izlədiklərini vurğulayıb. 26 yaşlı Luninin cari mövsümün sonunda 10-12 milyon avro qarşılığında A Seriyası klubuna satılmaq ehtimalının yüksək olduğu bildirilib.
Qeyd edək ki, "Olimpiakos"la oyun bu mövsüm Luninin meydana çıxdığı ilk qarşılaşma olub.
Nihat