Andrey Orlovski: “Yemelyanenko qorxağın biridir”

02.12.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

46 yaşlı keçmiş UFC çempionu belaruslu Andrey Orlovski əfsanəvi rusiyalı qarışıq döyüş ustası Fedor Yemelyanenkonu sərt tənqid edib.

İdman.Biz bildirir ki, Fyodor və Andrey daha əvvəl döyüşdə qarşılaşıblar.

“Fakt faktdır. Yemelyanenko qorxağın biridir. Aleksandr yox, o biri”, - Orlovski deyib.

Onların döyüşü 24 yanvar 2009-cu ildə Kaliforniyanın Anahaym şəhərində keçirilən “Affliction: Day of Reckoning” turnirində baş tutub. Bu döyüş axşamın əsas hadisəsi olub. Döyüş Yemelyanenkonun birinci raundda nokautla qələbəsi ilə başa çatıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью