Andrey Ostaşovun əsərləri Heydər Əliyev Mərkəzində Video | Icma.az
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Heydər Əliyev Mərkəzində yeni sərgi təqdim olunacaq.
“Qafqazinfo” xəbər verir ki, martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) adlı sərgisi açılacaq.
Sərgidə müəllifin “Yuxulara səyahət”, “Pişik-qız və tısbağa rəqsi”, “Yelpik və albalı”, “Ürəklə qız”, “Günəşin uşaqları”, “Hind fili və kəpənəklər” kimi ilk dəfə məhz Bakıda tamaşaçı qarşısına çıxarılacaq əsərləri də yer alacaq.
1970-ci ildə Belarusda doğulan Andrey Ostaşovun rəssam kimi formalaşmasında Belarus, Rusiya və Avropa incəsənət məktəbinin təsiri olub.
Onun əsərlərində gözəllik mütləqdir və o, artıq yox olmaqda olan estet-filosoflar nəslinə aid rəssamdır.
Heykəltaraş Uzaq Şərq regionunun məişət əşyaları və tətbiqi sənəti, samuray və Teddi oyuncaq ayılarının, nağıl şahzadələrinin və şamanların təsvirləri ilə cəsarətlə oynayır.
Belarus Rəssamlar İttifaqının üzvü olan Andrey Ostaşovun əsərləri Belarusun Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında, Avropa və Asiyada şəxsi kolleksiyalarda saxlanılır.
Heykəltaraşın fərdi sərgiləri Monako, Paris, Pekin, Sankt-Peterburq, Tbilisi, Şanxay, Vyana və s. şəhərlərdə təşkil olunub.
Tam oxu
Xəbəri oxu