Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni Moskva ərazisində qondarma “dqr”nin keçmiş dövlət təhlükəsizliyi naziri Andrey Pinçukun evinin yaxınlığında partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.
İlkin məlumata görə, kuryer tərəfindən çatdırılmış bağlama partlayıb. Hadisə nəticəsində Pinçuk sağ qalıb, həyatına təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, Pinçuk 2014–2015-ci illərdə “dqr”nin dövlət təhlükəsizliyi naziri vəzifəsində çalışıb.
Məlumata görə, bu, son bir neçə gün ərzində Moskva regionunda partlayıcı qurğudan istifadə edilməklə həyata keçirilən üçüncü sui-qəsd cəhdidir. Hadisə ilə bağlı araşdırma aparılır.