Andrey Plenkoviç Əli Əsədova başsağlığı verdi | Icma.az
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç azərbaycanlı həmkarı Əli Əsədova başsağlığı məktubu ünvanlayıbBakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:“Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin sərnişinləri və ekipaj üzvlərinin ölümü ilə bağlı faciəvi xəbəri dərin hüznlə aldım.
Xorvatiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və bu faciədən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı verirəm.
Biz həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.” Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu