Andrey Pyatnitski: Ayaz Quliyevin xasiyyəti onun karyerasına təsir edib İdman və Biz

27.12.2024

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Ayaz Quliyevin ulduz olacağını düşünürdüm, amma alınmadı".

İdman.biz xəbər verir ki, bunu Rusiya millisinin sabiq futbolçusu Andrey Pyatnitski hazırda "Sabah"da çıxış edən Ayaz Quliyev haqqında danışarkən deyib.

“Spartak”ın gənclərdən ibarət komandasının keçmiş məşqçisi "Çempionat”a müsahibəsində yetirməsinin öz potensialını tam aça bilmədiyini vurğulayıb.

Jurnalistin "Bu onun çətin xarakteri ilə bağlıdır?" sualına Pyatnitski belə cavab verib:

"Bəli, elədir. O, özündən tez çıxan və küsəyəndir. Bu onun karyerasına təsir edib”.

Qeyd edək ki, Ayaz Quliyev 2023-cü ildən "Sabah"da çıxış edir. Azərbaycan əsilli rusiyalı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi 4 oyun keçirib və qol vura bilməyib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью