Andrey Santos Arsenala keçə bilər

24.04.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

"Strasburq"da icarə əsasında çıxış edən "Çelsi"nin mərkəz yarımmüdafiəçisi Andrey Santos karyerasını "Arsenal"da davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.

Məlumata görə, Santos icarə müddətindən sonra "Çelsi"yə qayıdıb-qayıtmayacağından əmin deyil.

20 yaşlı Santosun gələn yay 45-50 milyon avroya bazara çıxarılacağı iddia edilir, lakin yarımmüdafiəçinin xidmətində təkcə "topçular" deyil, həm də "Tottenham", "Nyukasl", PSJ və "Milan" maraqlanır.

Santos bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью