Andrey Şevçenko Bakıda: Bizim üçün çox vacib gündür

08.09.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

"AFFA tərəfindən atılan addımlar gələcəkdə uşaqların inkişafı üçün vacibdir."

Bunu FIFA-nın səfiri, məşhur keçmiş ukraynalı futbolçu Andrey Şevçenko Bakıda 247 saylı məktəbdə futbol meydançasının açılışı zamanı deyib.

O, bu addımın gələcək nəslin inkişafında böyük rolu olacağını düşünür:

"AFFA rəhbərliyinə, həmçinin bütün Azərbaycan xalqına ölkəmə verdikləri dəstək üçün təşəkkür edirəm. Bizim üçün çox vacib gündür. Futbol stadionunun açılışıdır. Bu gələcək nəsillər üçün vacibdir. Bakı kimi gözəl şəhərdə də  uşaqların inkişafına dəstək olacağım üçün çox şadam. Bu addımlar gələcəkdə uşaqların inkişafı üçün çox vacibdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью