Andrey Şevçenko: Bu addımlar gələcəkdə uşaqların inkişafı üçün vacibdir

08.09.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA tərəfindən atılan addımlar gələcəkdə uşaqların inkişafı üçün vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu FIFA-nın səfiri, məşhur keçmiş ukraynalı futbolçu Andrey Şevçenko Bakıda 247 saylı məktəbdə futbol meydançasının açılışı zamanı deyib.

O, bu addımın gələcək nəslin inkişafında böyük rolu olacağını düşünür:

"AFFA rəhbərliyinə, həmçinin bütün Azərbaycan xalqına ölkəmə verdikləri dəstək üçün təşəkkür edirəm. Bizim üçün çox vacib gündür. Futbol stadionunun açılışıdır. Bu gələcək nəsillər üçün vacibdir. Bakı kimi gözəl şəhərdə də  uşaqların inkişafına dəstək olacağım üçün çox şadam. Bu addımlar gələcəkdə uşaqların inkişafı üçün çox vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью