Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda olmağıma çox şadam, uzun müddətdir Bakıda olmamışdım, Azərbaycandakı inkişaf məni çox təəccübləndirdi.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycana yola düşərkən Rusiya Ukrayna və Kiyevə qarşı ən amansız hücumlardan birini həyata keçirib: “Təəssüf ki, yaralannlar və həyatını itirənlər var. Bu, Rusiyanın bütün sülh təşəbbüslərinə cavabıdır. Raketlər və dronlar mənim evimin üzərindən keçirdi, bir anlıq düşündüm ki, səfəri təxirə salım”.