Android Auto 17.4 yayımlandı: İki önəmli problem həll olunur

21.08.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Google”, “Android Auto” istifadəçilərin uzun müddətdir qarşılaşdığı iki mühüm bağlantı problemini aradan qaldırıb. 
Demokrat.az
xəbər verir ki, “Android Auto 17.4” yeniləməsi ilə bəzi telefonlarda və avtomobillərin multimedia sistemlərində bağlantının bir neçə dəqiqədən bir kəsilməsinə və ya sistemin donmasına səbəb olan xəta düzəldilib.
Sözügedən problem “Android Auto 17.1” versiyası ilə ortaya çıxmışdı. “17.2” və “17.3” versiyalarında da davam edən xəta xüsusilə bəzi telefonların üçüncü tərəf avtomobil multimedia sistemlərinə qoşulması zamanı özünü göstərirdi. İstifadəçilərin bildirdiyinə görə, “Android Auto” istifadəyə başladıqdan təxminən üç dəqiqə sonra bağlantı kəsilir və ya sistem donurdu.
Problem həm simli, həm də simsiz “Android Auto” bağlantılarına təsir edirdi. Bir sıra “Google Pixel” və “Samsung Galaxy” modellərində müşahidə olunan nasazlıq xüsusilə sonradan quraşdırılan avtomobil multimedia qurğularında daha çox qeydə alınmışdı. “Android Auto” komandasından “Google” əməkdaşı “Android Auto 17.4” ilə sözügedən bağlantı probleminin aradan qaldırıldığını təsdiqləyib.
İstifadəçilərin yeniləmədən yararlanması üçün “Android Auto”nun ən son versiyasını “Google Play Store” üzərindən quraşdırması lazımdır. Bununla belə, yeniləmənin bütün istifadəçilərə eyni vaxtda çatdırılması gözlənilmir. “Google” “Android Auto” yeniləmələrini mərhələli şəkildə yaydığı üçün “17.4” versiyasının bəzi cihazlara çatması bir neçə gün və ya daha uzun çəkə bilər.
Bundan əlavə, “Google” “Pixel 10” modellərinin bəzi “Skoda”, “Volkswagen” və “Seat” avtomobillərinə qoşulmasına mane olan başqa bir problemi də həll edib. Bu halda problem telefondan və ya “Android Auto” tətbiqindən deyil, birbaşa avtomobilin multimedia sistemindən qaynaqlanır. “Google” sözügedən avtomobillərdə baş qurğu proqram təminatının yenilənməli olduğunu bildirib.
Bu səbəbdən “Pixel 10” istifadəçilərinin problemi həll etmək üçün yalnız “Android Auto” tətbiqini yeniləməsi kifayət etməyəcək. Avtomobilin proqram təminatını yeniləmək üçün yerli səlahiyyətli servisə və ya dilerə müraciət etmək tələb olunur.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью