Icma.az bildirir, Olke.az portalına istinadən. "ZDNet" nəşrinin jurnalistləri "Android" əməliyyat sistemi üçün təhlükəsizlik yeniləməsinin y
Yenilənmə yüzdən artıq təhlükəsizlik boşluğunu aradan qaldırır. Ölkə.Az xəbər verir ki, material media resursunun saytında dərc olunub.
Müəlliflərin xatırlatdığına görə, dekabrın əvvəlində "Google" mühəndisləri "Android Open Source Project" (AOSP) ekosistemində 107 boşluq aşkar etdiklərini açıqlamışdılar.
Bu zəifliklər "Android 13"dən başlayaraq "Android 16"ya qədər bütün versiyalara təsir edirdi.
Dekabrın 5-də isə "Google" problemləri aradan qaldıran yeniləməni hazırlayıb istifadəyə verdiyini açıqlayıb.
Mütəxəssislər bildiriblər ki, bəzi zəifliklər xüsusilə təhlükəlidir.
Onlardan ikisi — CVE-2025-48633 və CVE-2025-48572 — yüksək təhlükə səviyyəsi alıb.
ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) də bu boşluqlara xüsusi diqqət çəkib.