“Android”lə işləyən smartfonlarda “virtual katib” olacaq

03.02.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


“Google” mütəxəssisləri “Android” smartfon istifadəçiləri arasında “Ask for me” (“Məndən soruş”) virtual katib funksiyasını sınaqdan keçirməyə başlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “PhoneArena” nəşri məlumat yayıb.
Bu funksiya süni intellektlə (AI) təchiz ediləcək və nəticədə, “Google” əməliyyat sisteminin (OS) bütün istifadəçiləri üçün əlçatan olacaq.
Bu funksiyadan istifadə edərək, virtual katibə konkret xidmət şirkətinə zəng etmək, görüş təyin etmək və ya müəyyən detalları dəqiqləşdirmək barədə göstəriş vermək mümkün olacaq.
AI katibi şəxs adından şirkətə zəng edə, cavabları qeyd edə və qısa hesabat təqdim edə biləcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью