Anemiya artmaqdadır: Azərbaycanda ötən il 60 mindən çox şəxsə diaqnoz qoyuldu

21.05.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2024-cü ildə Azərbaycanda ilk dəfə qoyulmuş anemiya diaqnozu ilə 60 609 nəfər qeydə alınıb".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, tibb müəssisələrində anemiya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı isə 50 591 nəfərdir.

Qeyd edək ki, 2023-cü ildə ilk dəfə qoyulmuş anemiya diaqnozu ilə 56 124 nəfər qeydə alınıb.

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью