“AnewZ” ekspert materiallarının nəşri üçün yeni platformanı işə salıb

21.07.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan televiziya kanalı “AnewZ” öz veb-saytında ekspert materiallarının nəşri üçün yeni platforma – “Opinion” bölməsini işə salıb.

"Report"un əməkdaşı xəbər verir ki, təqdimat III Şuşa Qlobal Media Forumu çərçivəsində baş tutub.

Təqdimat “AnewZ TV”nin direktoru Rufat Həmzəyevin iştirakı ilə keçirilib və forumun beynəlxalq iştirakçıları arasında geniş marağa səbəb olub.

“Opinion” bölməsi Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq, həmçinin digər regionlardan olan ekspertlərin analitik və müəllif materialları üçün platforma olacaq. Yeni platformanın xüsusiyyəti "regionun içindən" baxışlara fokuslanmadır: yerli perspektivlər, kontekst və mentaliteti əks etdirən fikirlər.

Tədbirin sonunda iştirakçılara “AnewZ” televiziya kanalının Azərbaycanın simvolik mədəniyyət paytaxtının tarixi, mədəni irsi və müasir inkişafı haqqında "Destination Shusha" adlı Şuşa şəhəri haqqında sənədli film göstərilib.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью